BMT-nin Yaxın Şərq Agentliyi martdan maliyyə çatışmazlığı ilə üzləşə bilər
11.02.2024 11:30 Dünyadan reaksiya 124
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) radikal HƏMAS hərəkatı ilə əlaqədə şübhələr səbəbindən mart ayından etibarən maliyyə çatışmazlığı ilə üzləşə bilər.
Reaksiya.az-ın məlumatına görə, bu barədə Agentliyin komissarı Filip Lazzarini NHK telekanalına müsahibəsində bildirib.
"Gələn aydan etibarən maliyyə çatışmazlığı ehtimalı var ki, bu da bizim lazımi yardımı göstərmək qabiliyyətimizə təsir edəcək. Biz Agentliyin fəaliyyəti ilə bağlı araşdırmanın tezliklə başa çatacağına və donor dövlətlərdən vəsaitlərin alınmasının bərpasına ümid edirik", - komissar vurğulayıb.
Lazzarini qeyd edib ki, UNRWA qaldırılan şübhələri mümkün qədər ciddi qəbul edir və bəzi əməkdaşların işdən çıxarılması da daxil olmaqla təcili tədbirlər görür.
Şərhlər