Macarıstanda president seçkiləri martda keçiriləcək

11.02.2024 17:15     Dünyadan reaksiya     184

Macarıstanda prezident seçkiləri mart ayında keçiriləcək. Reaksiya.az xəbər verir ki, bu barədə hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib. Koçiş izah edib ki, əgər fevralın 11-də Prezident Katalin Novak parlamentə istefa ilə bağlı rəsmi bəyanat göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar: “Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə istefa ilə bağlı qərar verə biləcəklər”. O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmir. Bundan sonra 30 gün ərzində dövlət başçısının seçkiləri keçirilməlidir: “Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni prezidenti olacaq. FİDES - Macarıstan Vətəndaş Birliyi partiyası və onun müttəfiqləri - Xristian Demokratlar parlamentdəki 199 yerdən 135-nə sahibdirlər”. Qeyd edək ki, dünən Macarıstan Prezidenti Katalin Novak istefa verdiyini açıqlamışdı. Reaksiya.az

Şərhlər