15 min nepallı rus ordusunun tərkibində döyüşür

11.02.2024 18:00     Dünyadan reaksiya     108

Rusiya tərəfində Ukraynada döyüşən nepallıların qohumları Moskvadan onları geri qaytarmağı tələb edirlər. Reaksiya.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Rusiya 2000 dollar müqabilində 15 min nepallını ordu sıralarına cəlb edib. “Mən rus ordusuna əylənmək üçün getməmişəm. Nepalda iş tapmaq imkanım yox idi. Ancaq geriyə baxanda bu düzgün qərar deyildi. Bu qədər tez uzaqlaşdığımızın fərqində deyildik”, - rus ordusunun tərkibində döyüşən nepallı muzdlulardan biri bildirib. Onun sözlərinə görə, Rusiyada ona ayda 2 min dollar maaş və vətəndaşlıq təklif ediblər: “Məni əvvəlcə təlimə, ordan da Baxmuta göndərdilər. Orada təxminən 1 ay qaldım və yaralandım”. Reaksiya.az

Şərhlər