Çin Rusiyaya ixracatı 36 faiz azaltdı
23.08.2015 20:40 Dünyadan reaksiya 1927
Çin Xalq Respublikasından (ÇXR) bu ilin ilk 6 ayında Rusiya Federasiyasına olan ixracat 36 faiz azalıb.
Reaksiya.Az xəbər verir ki, bu barədə Kommersiya Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Lin Tszi “Cənubi Çin” qəzetinə bildirib.
“İlin birinci yarısında Rusiyaya Çin ixracatı 36 faiz azalıb. Azalma təkcə həcmdə yox, həm də qiymətlər üzrədir. Bu, Çin istehsalçıları üçün ciddi çağırışdır. İlin birinci yarısında Rusiyanın tam sabit olmayan iqtsiadi göstəriciləri, ilk növbədə rublun qeyri-sabit kursu bizim idxalata güclü təsir göstərib”.
Lin Tszinin sözlərinə görə,bu səviyyədə eniş son 20 ildə ikitərəfli ticarətdə ilk dəfə müşahidə olunur.
Bununla belə, Rusiyadan Çinə ilk 10 məhsulun idxalatı (kömür və taxta-şalban idxalatı istisna olmaqla) həcmdə artıb. 2015-ci ildə ilk 6 ayda Rusiyadan 27 faiz artımla 20 milyon ton neft idxal olunub, neft məhsullarının idxalatı isə həcmdə 20 faiz artıb. Həcm üzrə artımlar işlənilmiş ağac məmulatları - 9 faiz, metal məhsulları - 3 faiz və sellüloz məhsullarında da - 4 faiz müşahidə olunub.
Rusiyadan idxalata tələbatın artdığını deyən Çin rəsmisi bildirib ki, ticarətdə azalma həcmdə olmasa da, qiymətdə azalır.
Şərhlər