Gürcüstanda yenə torpaq sürüşməsi baş verdi
11.02.2024 20:30 Dünyadan reaksiya 145
Gürcüstanın Xaşur rayonunun Taşiskari kəndində dağın yamacından dərəyə torpaq və ağac kütləsi sürüşüb. Reaksiya.az xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar Xidməti məlumat yayıb. "Güclü yağışlar nəticəsində Xaşur rayonunda sürüşmə prosesləri və daşqınlar güclənib. Hadisə yerində sürüşmə proseslərinin qarşısını almaq üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuş xidmət qrupları səfərbər edilib. Ərazidə bütün müvafiq texniki vasitələrdən istifadə edilməklə təmizlik işləri aparılır", - məlumatda deyilir. Qeyd edək ki, bundan öncə Gürcüstanın İmereti regionunda baş verən torpaq sürüşməsi insan tələfatı ilə nəticələnmişdi. Reaksiya.az
Şərhlər