Tramp Terminatora bənzəyir - Derrok

11.02.2024 21:00     Dünyadan reaksiya     69

Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Derrok ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Co Baydeni müqayisə edərək, birincinin daha inamlı göründüyü qənaətinə gəlib. Reaksiya.az xəbər verir ki, bu barədə diplomat “Skay Nyus” telekanalına açıqlamasında deyib. Derrokun sözlərinə görə, həm Tramp, həm də Bayden təbii olaraq yaddaş problemləri olan yaşlı insanlardır. Bununla belə, diplomat hesab edir ki, yaş demokrat namizədin səhhətinə daha çox təsir edib. “Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Onun büdrədiyini və ya Bayden kimi yaşlı və zəif göründüyünü təsəvvür edə bilməzsiniz”, - deyə Derrok bildirib. Reaksiya.az

Şərhlər