Trampın açıqlaması bizi riskə məruz qoyur - NATO
12.02.2024 09:30 Dünyadan reaksiya 177
ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-ya üzv ölkələri müdafiə etmək istəməməsi ilə bağlı bəyanatları Avropa və Amerika əsgərlərini risk altında qoyur. Reaksiya.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Müttəfiqlərin bir-birini qorumayacağına dair hər hansı bir təklif ABŞ-ın təhlükəsizliyi də daxil olmaqla, bizim bütün təhlükəsizliyimizi pozur və Amerika və Avropa əsgərlərini artan riskə məruz qoyur”, - baş katib bildirib. Qeyd edək ki, D.Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyini açıqlamışdı. Reaksiya.az
Şərhlər