Cihadçı Con təhdid etdi - VİDEO

23.08.2015 21:42     Dünyadan reaksiya     2422

İngiltərənin “Mail on Sunday” qəzetinin ələ keçirdiyi iki ay əvvələ aid videogörüntülərdə "cihadçı Con" ləqəbi ilə tanınan londonlu İŞİD döyüşçüsü Məhəmməd Emvazi İngiltərəyə qayıdacağını və "baş kəsməyə davam edəcəyini" söyləyib.

Reaksiya.az xəbər verir ki, qəzet 1 dəqiqə 17 saniyə olan videonun 8 saniyəlik hissəsini yayımlayıb. Xəbərə görə, videonun davam edən hissəsində Emvazi İngiltərəyə geri dönərək baş kəsməyə davam edəcəyini bildirir.

Ortaya çıxan yeni videogörüntülər 27 yaşlı Emvazinin kimliyi ortaya çıxandan sonar yayımlanan ilk videosudur.

Cib telefonuyla çəkildiyi aydın görünən videonun Suriyanın Deyr əz-Zor şəhərində çəkildiyi bildirilir.

Xatırladaq ki, Emwazi sonuncu dəfə yapon girov Kenji Gotonun yanvar ayında yayımlanan edam videosunda görünmüşdü. Onu hamı ötən ilin avqustunda amerikalı jurnalist Ceyms Foleyin başını kəsdikdən sonar tanımışdı.

Şərhlər

Çox oxunanlar