İsveçrədə iki təyyarə toqquşdu - 1 ölü

23.08.2015 22:03     Dünyadan reaksiya     2051

İsveçrənin Bazel şəhərində təşkil edilən xüsusi tədbir əsnasında iki təyyarə havada toqquşub. Pilotlardan biri paraşutla atlayaraq xilas olub, digəri isə həyatını itirib.

İsveçrənin şimalında Dittingen şəhərində iki təyyarə toqquşub. Qəzanın təyyarələrin havada akrobatik hərəkətlər etdiyi əsnada meydana gəldiyi bildirilib.

Qəzada təyyarə pilotlarından biri həlak olub, digəri isə paraşütlə atlayaraq xilas olmağı bacarıb.

Qəzadan sonra həlak olan pilot bir dəqiqəlik sükutla yad edilib və tədbirin geri qalan hissəsi ləğv edilib.

Dünən də İngiltərənin West Sussex bölgəsindəki SHOREHAM tədbiri əsnasında yaşanan qəza nəticəsində 7 nəfər həlak olmuşdu. Hawker Hunter bombardman təyyarəsi uçuş əsnasında yola düşmüş və bir neçə avtomobili əzmişdi.

Şərhlər