İsrail Hizbullah mövqelərini vurdu

12.02.2024 18:15     Dünyadan reaksiya     78

İsrail aviasiyası Livanın cənubunda Hizbullahın mövqelərinə zərbələr endirib. Reaksiya.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata əsasən, içərisində çoxlu sayda Hizbullah üzvünün olduğu avtomobil Marun ər-Ras kəndində vurulub. Həmçinin İsrail ordusu Hizbullahın Odaisse və Hiamdakı infrastrukturuna, Tayr Harfa və Marun ər-Rasdakı iki binaya və başqa bir hərbi obyektə də zərbələr endirildiyini bildirib. Reaksiya.az

Şərhlər