Taliban 1 ildir əsir tutduğu çinli velosipedçini azad edib

23.08.2015 22:19     Dünyadan reaksiya     1933

Pakistanda Taliban döyüşçüləri 1 ildən çoxdur əsir saxladıqları Çin vətəndaşını azad ediblər.

Reaksiya.az xəbər verir ki, Pakistanı velosipediylə gəzən Çin vətəndaşı 2014-cü ilin martında Xeybər-Paxtunhva bölgəsinin Dəra-İsmayılxan şəhəri yaxınlığında Taliban tərəfindən qaçırılmışdı.

Pakistan Daxili İşlər naziri Çaudhry Nisar Əli Xan onlara təslim edilən velosipedçinin Çin səfirliyinə aparılacağını açıqlayıb.

Çinlinin hansı şərtlərlə azadlığa buraxıldığı bilinmir.

Şərhlər

Çox oxunanlar