ABŞ ordusunun generalı: Trampın NATO ilə bağlı sözlərinə görə ölkənin etibarı risk altındadır
13.02.2024 09:00 Dünyadan reaksiya 121
ABŞ-nin keçmiş prezidenti Donald Trampın alyansa töhfə verməyən NATO müttəfiqlərinin hücuma məruz qalacağı təqdirdə onları müdafiə etməkdən imtinası səbəbindən Birləşmiş Ştatlara inam təhlükə altındadır.
Bunu bazar ertəsi ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.
Braun televiziya şirkətinə verdiyi müsahibədə Trampın sözlərini belə şərh edib: "Birləşmiş Ştatların etibarlılığı təhlükə altındadır, bizim hər bir ittifaqımız və ABŞ rəhbərliyi zəruri, tələbatda və diqqət mərkəzindədir".
Qeyd edək ki, daha əvvəl Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib ki, eks-prezidentin ABŞ-ni NATO-dan çıxmaqla hədələməsi realdır və bu addımın ölkə, bütün dünya üçün son dərəcə mənfi nəticələri olacaq.
Şərhlər