Səudiyyə Ərəbistanı 635 milyard itirib

23.08.2015 23:11     Dünyadan reaksiya     1866

Dünya bazarında neft qiymətlərinin azalmasında əsas “səbəbkar”lardan biri hesab edilən Səudiyyə Ərəbistanı bu azalmadan ən çox zərər çəkən dövlət olub.

Reaksiya.az-ın məlumatına görə, Yaxın Şərqin superdövlətin büdcə defisitləriartmağa başlayıb.

Beynəlxalq Valyuta Fondu bu il üçün iqtisadiyyatı neftə əsaslanan Səudiyyə Ərəbistanının büdcə defisitinin 20 faizə çatacağını bildirib.

Altı milyon xarici işçinin əməyindən istifadə edən Səudiyyə Ərəbistanında əmək qabiliyyətli əhalinin 6 faizə yaxını işləmir, dövlətdən müavinət alır. Bundan başqa, ekspertlər sürətlə silahlanmanın, Yəməndə müharibə, Suriyada qiyamçılara maliyyə dəstəyi və İranla rəqabətin krallığa böyük iqtisadi zərər verəcəyi fikrindədirlər.

Amerika iqtisadçılarının hesablamasına görə, ötən il 700 milyard dollarlıq rezervdən ancaq 65 milyard dolları qoruya bilən Səudiyyə Ərəbistanı büdcəni balanslaşdırmaq üçün neftin bir barrelini 106 dollara satmalıdır. Bu isə hazırkı bazar şərtləri ilə qeyri-mümkündür.

Ekspertlər növbəti illərdə “neft krallığı”nın sürətlə borclanacağını və iqtisadi islahatlar aparmaq məcburiyyətində qalacağını deyirlər. 

Şərhlər

Çox oxunanlar