Fransa Hizbullaha “10 km geri çəkilməyi” təklif etdi

13.02.2024 14:45     Dünyadan reaksiya     128

Fransa Beyruta Hizbullahın 10 kilometr geri çəkilməsi planını nəzərdə tutan yazılı təklif təqdim edib.

Reaksiya.az xəbər verir ki, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Fransa Livan-İsrail münaqişəsinə son qoymaq və bu iki ölkə arasında mövcud sərhəd mübahisələrini həll etmək məqsədilə Hizbullah qüvvələrinin sərhəddən 10 kilometr geri çəkilməsini təklif edib. Təklifin əsas məqsədi iki ölkənin sərhəd bölgəsində Qəzzadakı müharibə ilə paralel davam edən qarşıdurmalara son qoymaq və yeni münaqişənin baş verməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdır.

Reaksiya.az

Şərhlər