ABŞ Rusiyanı bu regiondan çıxarmaq istəyir - Lavrov
13.02.2024 17:30 Dünyadan reaksiya 106
ABŞ Rusiyanı regionun həllinə yönəlmiş beynəlxalq proseslərdən kənarlaşdırmaqla Yaxın Şərqdə liderliyini təsdiq etməyə çalışır.
Reaksiya.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amerikalılar regionda (Yaxın Şərqdə - red.) dominantlıqlarına yatırım etməyə üstünlük verdilər və indi Rusiyanı kənarda qoymağa çalışırlar”, - o bildirib.
Lavrov qeyd edib ki, Vaşinqton Yaxın Şərq nizamlanması üzrə Rusiya, ABŞ, BMT və AB-dən ibarət beynəlxalq vasitəçilər kvartetinin işinə mane olub.
Şərhlər