Trampın qayıdışı Ermənistan üçün risklidir - Danielyan

13.02.2024 18:15     Dünyadan reaksiya     115

Donald Trampın Ərdoğanla yaxşı münasibətləri olub. Qarabağ müharibəsi Trampın dövründə başlayıb və o, bu əməliyyatları dəstəkləyib. Tramp İsrail, xüsusilə də Netanyahu ilə yaxşı əlaqələrə sahib olub. Mən bunu niyə təkrar edirəm? Düşünürəm ki, Trampın yenidən ABŞ prezidentliyinə seçilməsi Ermənistan üçün riskli ola bilər.

Reaksiya.az xəbər verir ki, bunu erməni politoloq Stefan Danielyan ABŞ prezident seçkiləri ilə bağlı danışarkən deyib.

“Tramp dövründə ABŞ heç bir müharibəyə başlamadı. Buna baxmayaraq, ABŞ-ın icazəsi olmadan baş verməsi mümkün olmayan Ermənistan-Azərbaycan müharibəsi onun dövründə həyata keçdi. Həm də o, Obamadan fərqli olaraq, birtərəfli şəkildə İsraili dəstəkləmək siyasəti yürüdürdü. Digər tərəfdən, Çinlə münasibətlərdə gərginlik və İranla nüvə proqramından çıxmaq da Trampın dövrünə təsadüf edir. Bu dəfə də o, Çinə qarşı daha sərt iqtisadi siyasət apara bilər. Ukrayna müharibəsinin soyuması isə ehtimallar arasındadır”, - o bildirib.

Reaksiya.az

Şərhlər