Rusiyanın İrandakı səfiri: “Şimal-Cənub” layihəsi çox perspektivli layihədir
13.02.2024 19:30 Dünyadan reaksiya 153
İran həmişə Cənubi Qafqazda mühüm oyunçu olub.
Reaksiya.az xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Aleksey Dedov "RİA Novosti"yə müsahibəsində bildirib.
Səfir, İran tərəfinin Cənubi Qafqazda Rusiya ilə qarşılıqlı fəaliyyətə hazır olduğuna işarə edib: “Regiondakı bütün münaqişələrin sülh yolu ilə siyasi və diplomatik səylərlə, eləcə də xarici qüvvələrin müdaxiləsi olmadan region ölkələrinin özləri tərəfindən həll edilməsi ilə bağlı ölkələrin oxşar mövqeləri var. Xarici qüvvələrin səyləri, bir qayda olaraq, təcrübədən göründüyü kimi, daha da böyük gərginliyə səbəb olur”.
A.Dedov vurğulayıb ki, Rusiya və İran Cənubi Qafqaz üzrə “3+3” regional platforması çərçivəsində qarşılıqlı fəaliyyət göstərir: “Konkret olaraq, söhbət praktiki əməkdaşlıq layihələrindən gedir. Buraya iqtisadiyyat, enerji, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, humanitar sahə, təhsil, mədəniyyət, turizm aiddir".
Səfir “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini kifayət qədər perspektivli adlandıraraq, bir çox Körfəz dövlətlərinin də buna maraq göstərdiyini qeyd edib: “2023-cü ilin mayında Rəşt-Astara dəmir yolunun çatışmayan sonuncu hissəsinin tamamlanması ilə bağlı hökumətlərarası saziş imzalanıb. Danışıqlar aparılan digər layihə Rusiya-Cənubi Qafqaz-İran enerji körpüsünün yaradılmasıdır ki, bu körpü pik yüklənmə dövrlərində Rusiya, Ermənistan, Azərbaycan və İran arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur”.
Şərhlər