Baydenin xüsusi köməkçisi istefa verəcək
14.02.2024 09:00 Dünyadan reaksiya 119
ABŞ prezidenti Cozef Baydenin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Qərb yarımkürəsi məsələləri üzrə baş direktoru Xuan Qonzales tutduğu vəzifəni tərk edir.
Bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Qonzales postunu martın ortalarında tərk edəcək. Onun işdən çıxmasının səbəbləri açıqlanmır.
Bununla belə, Qonzalesin gedişi Amerika administrasiyasının Venesuela hakimiyyətini demokratik islahatların aparılmasının zəruriliyinə inandırmaq səylərini sarsıda bilər.
Şərhlər