Şimali Koreya bir neçə qanadlı raket buraxıb

14.02.2024 10:00     Dünyadan reaksiya     92

Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.

Reaksiya.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Buraxılış saat 09:00 (Bakı vaxtı ilə 04:00) radələrində baş verib, raketlər Vonsandan şimal-şərqdə aşkar edilib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və Şimali Koreyanı izləmək üçün ABŞ-la koordinasiya etdiyini vurğulayıb.

Bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar