Ağ Ev Nümayəndələr Palatasına Ukrayna və İsraillə bağlı çağırış edib
14.02.2024 10:15 Dünyadan reaksiya 98
Senat tərəfindən Ukrayna, İsrail və ABŞ-ın digər müttəfiqlərinə yardım haqqında qanun layihəsi ölkənin milli maraqlarına uyğundur, ona görə də Nümayəndələr Palatası da onu təsdiqləməlidir.
Reaksiya.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts bildirib .
“Nümayəndələr Palatası ABŞ və NATO-nun milli təhlükəsizliyinin yanında olmalıdır. Maraq və dəyərlərimizə qarşı səs verməklə ABŞ-ın milli təhlükəsizliyini pozmaq dəhşətli olardı”, - deyə o qeyd edib.
Beyts iddia edib ki, qanun layihəsi "Amerika xalqının ən aktual ehtiyaclarının bir çoxunu" əhatə edir.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden Senatın təsdiq etdiyi 95 milyard dollarlıq əlavə müdafiə xərclərini özündə ehtiva edən qanun layihəsini alqışlayıb və Nümayəndələr Palatasını onu təsdiqləməyə çağırıb.
Qanunda Ukrayna üçün təxminən 60 milyard dollar və İsrail üçün təxminən 14 milyard dollar göstərilsə də, ABŞ-ın cənub sərhədinin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı bəndlər yoxdur. İndi sənəd Nümayəndələr Palatasına təqdim ediləcək.
Yanvar ayında Amerika KİV-ləri Nümayəndələr Palatasındakı bir çox respublikaçının Ukraynaya böyük vəsait ayırmaq fikrinə kifayət qədər soyuq münasibət bəslədiyini nəzərə alsaq, miqrasiya problemini həll etmədən Kiyevə yardımı təsdiqləməyə razılaşacaqlarına zəmanət yoxdur yazmışdı.
Şərhlər