KTMT-dən Ermənistanın sərhəddəki təxribatına reaksiya
14.02.2024 12:25 Dünyadan reaksiya 95
Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialı qalmaqdadır.
Bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
Onun sözlərinə görə, ayrı-ayrı dövlətlər bu vəziyyətdən Xəzərin ehtiyatlarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etmək üçün istifadə edirlər.
“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var. Bunun üçün Ermənistan-Azərbaycan sərhədinin yüksək münaqişə potensialı fəal şəkildə istifadə olunur”, - deyə o qeyd edib.
Serdyukov bildirib ki, KTMT-nin məsuliyyət zonasında hərbi təhlükəsizliyə əsas təhdid mənbəyi ABŞ və Qərb ölkələrinin dağıdıcı fəaliyyətidir.
“Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir”, - o qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə KTMT-nin məsuliyyət zonasında hərbi-siyasi vəziyyət çətin olaraq qalır və təşkilatın hərbi potensialının gücləndirilməsini tələb edir.
Şərhlər