Kutaisi-Barselona reysi bomba təhlükəsi səbəbindən təxirə salınıb
14.02.2024 18:30 Dünyadan reaksiya 120
Kutaisi-Barselona reysini həyata keçirən “Wizz Air” şirkətinə məxsus təyyarə göyərtəsində partlayıcı qurğu olması ilə bağlı zəngə görə qısa müddət sonra Kutaisi Beynəlxalq Hava Limanına qayıdıb.
Reaksiya.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i hava limanının administrasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, sərnişinlər dərhal təhlükəsiz əraziyə təxliyə edilib.
Qeyd edilib ki, hadisə yerində istehkamçılar işləyir.
Şərhlər