Maskın “SpaceX”i qeydiyyatda olduğu ştatı Delaverdən Texasa dəyişib

15.02.2024 09:15     Dünyadan reaksiya     82

“SpaceX” qeydiyyatda olduğu ştatı Delaverdən Texasa dəyişib.

Reaksiya.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask sahibi olduğu “X” sosial şəbəkəsində bildirib.

“SpaceX” qeydiyyatda olduğu ştatı Delaverdən Texasa dəyişdi”, – milyarder yazıb.

Yazıya həmçinin Texas qubernatorluğundan “SpaceX”in qeydiyyatında dəyişiklikləri təsdiq edən sənəd də əlavə olunub.

İş adamı həmçinin Delaverdə qeydiyyatdan keçmiş şirkəti olan hər kəsin qeydiyyatını “mümkün qədər tez” dəyişməyi tövsiyə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar