Panamada miqrantları daşıyan gəmi batıb, ölənlər var
15.02.2024 09:30 Dünyadan reaksiya 124
Panama-Kolumbiya sərhədi yaxınlığında qayığın batması nəticəsində azı dörd nəfər ölüb, səkkiz nəfər itkin düşüb.
Reaksiya.az xəbər verir ki, bu barədə “Estrella de Panama” qəzeti məlumat yayıb.
Belə ki, bir qrup miqrant Karib dənizində batmış qayıqla Kolumbiyadan Panamaya keçməyə cəhd edib. Milli Sərhəd Mühafizəsi 14 nəfəri xilas edə bilib. Sağ qalanların sözlərinə görə, gəmi əlverişsiz hava şəraiti səbəbindən batıb. Axtarış-xilasetmə işləri davam edir.
Sərhəd Xidməti bildirib ki, akvatoriya cinayət təşkilatları tərəfindən qaçaqmalçılıq üçün istifadə olunur. Cərəyanlar və küləklərin yaratdığı güclü dalğalar səbəbindən bu marşrutda hərəkət etmək çətindir.
Şərhlər