Rumıniyada korrupsiyada şübhəli bilinən yüksək vəzifəli gömrük işçiləri saxlanılıb

15.02.2024 09:45     Dünyadan reaksiya     125

Buxarest məhkəməsi Rumıniya gömrük administrasiyasının bir sıra yüksək vəzifəli məmurları barəsində həbs qətimkan tədbiri seçib.

Reaksiya.az-ın Rumıniya radiosuna istinadən verdiyi məlumata görə, onlarla axtarışın aparıldığı əməliyyat nəticəsində Buxarest Regional Gömrük İdarəsinin rəisi Paul Petrof, eləcə də Rumıniya gömrük qurumunun daha 5 yüksək vəzifəli əməkdaşı saxlanılıb.

Rumıniyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli İdarəsinin prokurorları onları iş adamlarından, xüsusən də çinlilərdən pul və mal şəklində rüşvət almaq üçün şəbəkə yaratmaqda ittiham edir. Xüsusilə, Petrof, prokurorların dediyinə görə, sahibkarlardan birindən mənzil almaq üçün 50 min avro “avans” tələb edib. Bunun müqabilində gömrükçülər saxta malların qanunsuz idxalını aşkar edərkən protokol tərtib etməyiblər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar