Şimali Koreya yeni tipli gəmi əleyhinə raketi sınaqdan keçirib
15.02.2024 10:15 Dünyadan reaksiya 107
Şimali Koreya yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılan yeni tipli “Padasuri-6” (Orlan-6) gəmi əleyhinə raketini uğurla sınaqdan keçirib.
Reaksiya.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, buraxılışa ölkə lideri Kim Çen In rəhbərlik edib.
Bildirilib ki, raketlər təxminən 23 dəqiqə havada olub və Yapon dənizindəki şərti hədəfləri dəqiqliklə vurub.
Şərhlər