ABŞ-də NFL paradından sonra atəş açılıb, ölən və yaralananlar var

15.02.2024 10:30     Dünyadan reaksiya     85

Milli Futbol Liqasının (NFL) komandası olan “Kanzas-Siti Çifs”in çempionluq paradından sonra açılmış atəş nəticəsində bir nəfər ölüb, doqquz nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, bu barədə yerli orqanlara istinadən “ABC News” məlumat yayıb.

“Kanzas-Sitidə paraddan sonra bir nəfər ölüb, doqquz nəfər yaralanıb”, – telekanal qeyd edib.

Şənlikdə 1 milyona yaxın ziyarətçinin olacağı, 600 hüquq-mühafizə orqanının isə asayişi təmin edəcəyi gözlənilirdi.

Xatırladaq ki, “Kanzas-Siti Çifs” Şimali Amerika Milli Futbol Liqasının (NFL) final oyunu olan Superboulda overtaymdan sonra “San-Fransisko Forti Nayners” i 25-22 hesabı ilə məğlub edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar