Alman respondentlərin çoxu Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxıb

15.02.2024 12:15     Dünyadan reaksiya     111

“Bertelsmann” fondunun sorğusu nəticəsində məlum olub ki, almanların 52 faizi Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının əleyhinədir.

Reaksiya.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Rəyi soruşulan almanların əksəriyyətinin Kiyevin Avropa İttifaqına üzvlüyünə qarşı çıxmasına baxmayaraq, Aİ ölkələrində ukraynalıların Avropa ailəsinə daxil olması təşəbbüsünü ümumi bəyənmə 60 faiz təşkil edir.

Aİ-nin ümumi müdafiə siyasətinə ehtiyacı olub-olmaması ilə bağlı Almaniyadakı fikir birliyin digər ölkələrindəki ümumi rəylə demək olar ki, eynidir. Almaniyada respondentlərin 86 faizi buna müsbət cavab verib, Avropa İttifaqında isə bu rəqəm 87 faizdir.

Bundan əvvəl Münhen Təhlükəsizlik Konfransının saytında dərc olunan sorğunun nəticələri göstərib ki, Rusiya təhlükə reytinqində yeddinci yeri tutaraq Almaniya üçün "bir nömrəli düşmən" olmaqdan çıxıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar