İspaniyadan Türkiyəyə dəstək
24.08.2015 02:51 Dünyadan reaksiya 2406
İspaniyanın müdafiə naziri Pedro Morenes bildirib ki, Türkiyədə yerləşdirilən “Patriot” zenit-raket komplekslərinin ispan batareyalarının döyüş növbətçiliyi alyans onları çıxarmağı tələb edənədək davam edəcək. Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir belə bir bəyanatla ABŞ və Almaniyanın Türkiyə ərazisindən analoji kompleksləri çıxarmaq haqda qərar verməsindən sonra çıxış edib.
İspaniya müdafiə nazirinin sözlərinə görə, yaxın günlərdə İspaniya hökuməti məsələnin detallarını dəqiqləşdirmək üçün alman və amerikan məmurlarla danışıqlar aparacaq.
Xatırladaq ki, İspaniya “Patriot” raketlərini Türkiyə ərazisində bu ilin yanvarında yerləşdirib.
Şərhlər