İraq və Qazaxıstan neft hasilatını azaldacaq

15.02.2024 12:30     Dünyadan reaksiya     109

İraq yanvar ayında OPEC+ kvotasından artıq hasilatla bağlı məlumatları yoxlayacaq və təsdiqlənərsə, növbəti dörd ay ərzində həcmləri kompensasiya etmək niyyətindədir.

Reaksiya.az xəbər verir ki, bunu İraqın Neft Nazirliyi OPEK-in yanvar hesabatında açıqlanan məlumatdan sonra yayıb. Hesabatda təşkilatın analitikləri İraqda neft hasilatını sutkada 4,194 milyon barel səviyyəsində qiymətləndirib. Halbuki 2023-cü ilin may ayından qüvvədə olan 211 min barrel könüllü azalmalar və 2024-cü ilin yanvarında qüvvəyə minən 223 min barrel həcmində əlavə məhdudiyyətlər nəzərə alınmaqla, bu ilin birinci rübü üçün İraqın neft hasilatı kvotası sutkada təqribən 4 milyon barel təşkil edir.

İraqın Neft Nazirliyi ikinci dərəcəli mənbələrdən alınan məlumatları nəzərdən keçirmək və yoxlamaq niyyətində olduğunu bildirib. İcazə verilən hasilat səviyyəsinin aşılması təsdiqlənərsə, ölkə növbəti dörd ay ərzində bu həcmləri kompensasiya etmək niyyətindədir.

İraqla yanaşı, Qazaxıstan da analoji dövrdə yanvar ayında hasilatdan artıq neft hasilatını kompensasiya etmək niyyətində olduğunu açıqlayıb. S&P Global Commodity Insights-a görə, Qazaxıstan yanvarda OPEC+ kvotasını sutkada 92 min barel üstələyib, hasilat sutkada 1,56 milyon barel təşkil edib. Yanvar ayına olan məlumata görə, Qazaxıstanın OPEC+ razılaşması çərçivəsində neft hasilatı kvotası sutkada 1,468 milyon barel olmalı idi.


Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar