Joxovurd: “Kerobyanın istefası Paşinyanın partiyasını pis vəziyyətə qoyub”

15.02.2024 16:00     Dünyadan reaksiya     183

Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyanın dünənki istefası hakim partiya üçün gözlənilməz olub.

Reaksiya.az erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, hakim partiyada yalnız bir neçə nəfər nazirin istefası barədə məlumatlı olub, əksəriyyəti bu barədə onun “Facebook”dakı statusunda öyrənib və olduqca təəccüblənib.

“Üstəlik, Kerobyanın istefası “Vətəndaş sazişi” nümayəndələrinin, xüsusən də parlamentarilərin tam ürəyincə olmayıb. Bəziləri də onunla yaxşı münasibətdə olduqları üçün təəssüflərini açıq şəkildə ifadə ediblər. Bir çox digər nazirlərdən fərqli olaraq, Kerobyan həmişə komanda yoldaşları üçün əlçatan olub və hər kəslə münasibət saxlamağı bacarıb”,-deyə qəzet qeyd edir.

Şərhlər

Çox oxunanlar