Kemeron: Hitlerlə edilən səhvləri Putinlə təkrarlamayaq!

15.02.2024 17:00     Dünyadan reaksiya     78

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron amerikalı konqresmenləri Putinə qarşı siyasətdə Hitlerlə edilən səhvləri təkrarlamamağa və Ukraynaya milyardlarla dollarlıq hərbi yardım barədə qərarı təcili təsdiq etməyə çağırıb.

Reaksiya.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“1930-cu illərdə Hitlerə qarşı göstərilən zəifliyi nümayiş etdirməyimizi istəmirəm. İstəmirəm ki, Putinə qarşı 2008-ci ildə Gürcüstanı işğal edərkən göstərdiyimiz zəifliyi, 2014-cü ildə Krımı və Donbasın böyük hissəsini ələ keçirərkən qeyri-müəyyən cavabımızı təkrar edək. Çünki bu, onun bizə daha baha başa gələn 2022-ci ildə yeni bir təcavüz aktı törətməsinə səbəb oldu. Bir tərəfdə Qərbdən kənarda oturaraq öz imperiyasını genişləndirməyə ümid edən Putin dayanır. O, bizim zəif olduğumuzu düşünür. O, həyatımızda gördüyümüz ən sarsıdıcı təcavüz aktından qurtula biləcəyini sanır. Digər tərəfdə isə biz durmuşuq. Bizim resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Onlar kömək üçün Pxenyana müraciət etməli olublar. Yetər ki, gücümüzdən istifadə edək. Sual: İradəmiz varmı?” - o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar