Rusiya aerodromlarını NATO ilə müharibəyə hazırlayır
15.02.2024 17:30 Dünyadan reaksiya 99
Rusiya Müdafiə Nazirliyi hərbi aerodromların kütləvi zərbələrə müqavimətini sınaqdan keçirib. Təlimlər zamanı Rusiya ordusunun xüsusi bölmələri uçuş-enmə zolaqlarının və təyyarələrin dayanacaqlarının bərpasını məşq ediblər.
Reaksiya.az xəbər verir ki, bu barədə “İzvestiya” MN-dəki mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, təlimlər eyni vaxtda bir neçə rayonda, o cümlədən qərb və cənub strateji istiqamətlərində baş tutub.
Rusiyalı hərbi ekspert Aleksey Leonkov nəşrə açıqlamasında deyib ki, aerodrom xidmətində uçuş-enmə zolağının dərhal bərpası və yanğın baş verdiyi zaman təyyarələri ərazidən çıxarmalı olan bölmələr var:
“Bu cür təlimlər dənizdə olduğu kimi müntəzəm aparılmalıdır. Ukraynaya qarşı müharibə başlayandan bəri Kiyev mütəmadi olaraq Rusiya aerodromlarına PUA-larla hücum edib və gələcəkdə Rusiya NATO ilə toqquşa bilər. Onlar ilk zərbə ilə aerodromları dağıtmağa çalışacaqlar. Buna görə də Aerokosmik Qüvvələrin ehtiyat aerodromları var. Bütün avadanlıq yaxşı qaydada saxlanmalıdır”.
Şərhlər