Zelenski Makronla təhlükəsizlik sazişi imzalayacaq

15.02.2024 18:30     Dünyadan reaksiya     132

Fransa və Ukrayna Prezidentləri Emmanuel Makronla Volodimir Zelenski bu həftə təhlükəsizlik sahəsində ikitərəfli saziş imzalayacaqlar.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı Yelisey Sarayına istinadən Fransa mediası yayıb. 

“Bu saziş G7 ölkələrinin 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərin davamı olacaq”, - deyə məlumatda qeyd olunub. 

Makron və Zelenskinin sözügedən sazişi fevralın 16-sı Ukrayna liderinin Parisə səfəri zamanı imzalayacağı gözlənilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar