ABŞ səfiri: Azərbaycanın həyata keçirdiyi layihələr Avropanın enerji təhlükəsizliyini artırıb
15.02.2024 19:00 Dünyadan reaksiya 142
ABŞ və Azərbaycan əsas diqqəti bərpa olunan enerji mənbələrinə yönəldərək enerji sektorunda əməkdaşlığı davam etdirəcək.
Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
“Mən bir amerikalı kimi Cənub Qaz Dəhlizi (SGC), Bakı-Tbilisi-Ceyhan kimi layihələr vasitəsilə Azərbaycanla birlikdə gördüyümüz işlərlə fəxr edirəm. Bunlar Avropanın enerji təhlükəsizliyini artıran, Azərbaycanda rifahın və təhlükəsizliyin artmasına töhfə verən layihələrdir”, - səfir qeyd edib.
Diplomat əlavə edib ki, Bakı və Vaşinqtonun enerji sektorunda yaxşı əməkdaşlıq tarixi var: “İndi isə biz bərpa olunan enerji mənbələrinə diqqət yetiririk”.
Şərhlər