Qroznıda yeni rayona Putinin adı veriləcək

16.02.2024 09:00     Dünyadan reaksiya     62

Qroznıda Rusiya Prezidenti Vladimir Putinin adını daşıyacaq yeni rayon yaradılacaq.

Bu haqda Çeçenistan rəhbəri Ramazan Kadırov teleqram kanalında yazıb.

Kadırovun sözlərinə görə, yeni rayon şəhərin mərkəzi hissəsində yaranacaq. Genişmiqyaslı tikinti başa çatdıqdan sonra əraziyə Putinin adı veriləcək.

“Qroznı şəhərinin yeni rayonunun Vladimir Putinin şərəfinə adlandırılması qərarı çeçen xalqının dərin minnətdarlığının və onun adının əbədiləşdirilməsi istəyinin əlaməti kimi qəbul edilib”, - deyə respublika rəhbəri qeyd edib.

Reaksiya.az

Şərhlər