Bu prezidentlər özlərini həyasız apardı - Putin

16.02.2024 10:00     Dünyadan reaksiya     112

Rusiya ruslarla ukraynalıları ayırmayıb, onları eyni xalq hesab edib.

Reaksiya.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Uralvaqonzavod” işçiləri ilə görüşündə deyib.

“Birbaşa demək istəyirəm. Bunu hamı bilir. Heç vaxt ruslarla ukraynalılar, Rusiya və Ukrayna arasında fərq qoymamışıq. Ukraynada yaşayanların böyük əksəriyyəti və Rusiyada insanların mütləq əksəriyyəti həmişə bunun əslində mahiyyətcə eyni olduğuna inanıblar”, - deyə Kreml rəhbəri bildirib.

O, həmçinin Ukraynada antirusiya əhval-ruhiyyəsinin tarixdən qaynaqlandığını da qeyd edib.

“Böyük Vətən müharibəsindən sonra Hitlerlə əməkdaşlıq edən bu millətçi və nasist ünsürlərdən bəziləri xaricə qaçdı. Onlar ABŞ-a, Kanadaya qaçdılar və düşmənimiz onlara stavka etdi”, - deyən Putin Sovet İttifaqının dağılmasından sonra Ukraynada hakimiyyətə antirusiya əhval-ruhiyyəli insanların gəldiyini qeyd edib.

“Bu və ya digər prezidentin soyadının nə olmasının belə əhəmiyyəti yoxdur. Onlar özlərini aqressiv, həyasız apardılar və bir anda hamı onların altına uzandı”, - Putin vurğulayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar