Sırski üçün ilk kritik sınaq: Bu şəhər təslim edilir

16.02.2024 10:15     Dünyadan reaksiya     42

Şərqi Donbasın bir vaxtlar iqtisadi dayağı olan dağılmış koks-kimyəvi zavodu çox güman ki, Ukraynanın Avdeyevkadakı sonuncu dayaq məntəqəsi olacaq.

Reaksiya.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”da yayımlanan məqalədə deyilir.

Nəşrə danışan Ukraynanın yüksək rütbəli zabitləri bildiriblər ki, onların şəhəri təslim etmələri an məsələsidir. Ruslar sürətlə irəliləməyə başlayanda qüvvələr artıq bəzi mövqelərdən geri çəkiliblər:

“Avdeyevka silahlı qüvvələrin yeni baş komandanı Aleksandr Sırski üçün ilk kritik sınaqdır. O, məğlubiyyəti harada və necə qəbul etməyə və geri çəkilməyə qərar verməlidir”.

Reaksiya.az

Şərhlər