İlon Maska məxsus “SpaceX” Delaverdən Texasa köçdü

16.02.2024 11:15     Dünyadan reaksiya     62

ABŞ-li sahibkar İlon Mask öz şirkəti “SpaceX”i Delaverdən Texasa köçürüb.

“Mən “SpaceX” qeydiyyatını Delaverdən Texasa köçürdüm! Əgər şirkətiniz hələ də Delaverdə qeydiyyatdadırsa, mümkün qədər tez başqa ştata köçürməyinizi məsləhət görürəm”, - deyə biznesmen bildirib.

Qeyd edək ki, fevralın 1-də Delaver məhkəməsi 2018-ci ildə şirkətin sahibi və rəhbəri İlon Maska təşkilata rəhbərlik etdiyinə görə bonus olaraq 55,8 milyard dollar ödəməyə razı olan “Tesla”nın direktorlar şurasının qərarını ləğv etmək qərarına gəlib.

Reaksiya.az

Şərhlər