Paşinyan Münhenə getdi
16.02.2024 12:15 Dünyadan reaksiya 113
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün üç günlük işgüzar səfərlə Münhenə gedib.
Reaksiya.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Hökumət başçısı Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək. Beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də nəzərdə tutulub”, - o bildirib.
Qeyd edək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.
Şərhlər