Ermənistan MDB-nin Moskvada keçirilən hərbi tədbirinə qatılmayıb
16.02.2024 13:30 Dünyadan reaksiya 117
Ermənistan MDB-nin iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən iclasına qatılmayıb.
Reaksiya.az xəbər verir ki, bu, toplantıda çəkilən xatirə fotosundan məlum olub.
İclasa MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin sədrlik edib. Toplantıda 2023-cü il ərzində görülən işlər təhlil edilib, o cümlədən 2024-cü il üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Həmçinin, müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Yayılan fotodan məlum olur ki, iclasa MDB-yə üzv dövlətlərdən Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri qatılıb. Fotoda Ermənistan bayrağı və nümayəndəsi yoxdur.
Xatırladaq ki, rəsmi İrəvan bundan əvvəl də MDB-nin bəzi tədbirlərində iştirak etməyib.
Şərhlər