Rusiyada konfransda iştirak edən üç ABŞ vətəndaşını 15 ilə qədər həbs gözləyir

16.02.2024 13:45     Dünyadan reaksiya     135

2014-cü ildə Rusiyada keçirilən konfransda iştirak etdiklərinə görə üç ABŞ vətəndaşı 15 il həbs cəzasına məhkum edilə bilər.

Reaksiya.az xarici mediaya istinadla xəbər verir ki, bunu martın 1-dən 7-dək Soçidə keçiriləcək Ümumdünya Gənclər Festivalında qeyri-hökumət təşkilatının (QHT) Siyasət İnnovasiyaları Mərkəzinin rəhbəri, Amerika gənclərinin nümayəndə heyətinin koordinatoru Kaleb Mopin deyib.

“ABŞ Ədliyyə Departamenti Cessi Nevel, Penni Hess və Omali Yeştayla qarşı ittiham irəli sürüb. Onları 15 ilə qədər həbs gözləyir", -deyən Mopin BMT-də keçirdiyi mətbuat konfransında bildirib ki, məhkəmə prosesi sentyabr ayına təyin edilib: "Bayden administrasiyası onları Rusiyada beynəlxalq konfransda iştirak etmək üzrə olduğumuz işdə ittiham edir. Bu, tamamilə iyrəncdir. Bu sərbəst toplaşmaq azadlığına, səyahət azadlığına, söz azadlığına hücumdur”.

Maupin saxlanmalarını 2014-cü ildə Rusiyada keçirilən konfransda iştirak etmələri ilə izah edib. Daha sonra onlara “Rusiya təbliğatını yaymaq”la bağlı ittiham verilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar