Ərdoğan seçkilərin nəticələrinə münasibət bildirib

08.06.2015 15:43     Dünyadan reaksiya     1595

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı açıqlama verib.

 

APA-nın “Hürriyet”ə istinadən yaydığı xəbərə görə, R. T. Ərdoğanın yazılı açıqlamasında bildirilir:

 

“Bazar günü keçirilən seçkilərin nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını diləyirəm. Seçkilərdə iştirak faizinin yüksək olması əziz millətimizin iradəsinin və demokratiya ilə bağlı qərarlılığının ifadəsidir. Millətimizin təqdiri hər şeyin üzərindədir. Nəticələrin heç bir partiyaya təkbaşına iqtidar imkanı vermədiyi mövcud tablonun yarışa qatılmış bütün partiyalar tərəfindən rasional və real dəyərləndiriləcəyinə inanıram. Seçkidən sonra başlayan bir yeni mərhələdə ölkəmizdəki sabitlik və güvən mühitinin, demokratik nailiyyətlərin qorunması üçün bütün siyasi partiyaların lazımi həssaslığı göstərmələri, məsuliyyətli davranış sərgiləmələri böyük əhəmiyyət kəsb etməkdədir”.   

 

 

Şərhlər