ABŞ İranın casus gəmisinə kiberhücum etdi
16.02.2024 15:45 Dünyadan reaksiya 127
ABŞ Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmiləri haqqında kəşfiyyat məlumatları toplayan İran gəmisinə qarşı kiberhücum həyata keçirib.
Reaksiya.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “NBC Nyus” məlumat yayıb.
Məlumata görə, kiber əməliyyatın əsas məqsədi İranın casus gəmisi olan “MV Behşad”ın Husi qruplaşması ilə məlumat mübadiləsi aparmaq imkanlarını pozmaq olub.
Şərhlər