İllər sonra üzə çıxdı – KQB casusu imiş

16.02.2024 17:00     Dünyadan reaksiya     112

“Fransanın “L'Express” nəşri keçmiş baş redaktoru Filip Qrumbaxın 35 il SSRİ xüsusi xidmət orqanlarına (KQB) işləyən agent olduğunu açıqlayıb.

Reaksiya.az xəbər verir ki, nəşr onu “parlaq jurnalist, amma 35 il KQB-yə işləyən Fransaya xaini” adlandırıb.

“L'Express” yazır ki, Qrumbax 1981-ci ilə qədər KQB-nin agenti olub.

“Brok” ləqəbindən istifadə edən jurnalist ruslara xüsusən də keçmiş prezidentlər Fransua Mitteran və Jak Şirak haqda məlumatlar ötürüb.

“Yaxın ətrafı bu gizli əlaqəni “L'Express”ə təsdiqləyib. Mitteran və Şirakın yaxın dostu olan Qrumbax heç kim bilmədən Beşinci Respublikanın yüksək səviyyəli sovet casuslarından biri olub”, - KQB arxivləri haqda araşdırma aparan nəşrin redaktoru Etyen Jirar deyib.

Mitteran və Şirak haqda vacib məlumatlar müqabilində KQB-dən yüz minlərlə dollar alıb.

Filip Qrumbax 1946-1948-ci illərdə “Française de Presse” agentliyinin redaktoru olub. Bir müddət “Liberation” və “Paris-Presse-l'Intransigeant”də işlədikdən sonra 1954-cü ildə “L'Express”ə gəlib.

Gəncliyində kommunist olan Qrumbax 2003-cü ildə 79 yaşında vəfat edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar