Serj Sərkisyandan yerli müxalifətə: "Ermənistan boşboğazların ölkəsinə çevrilib"

16.02.2024 19:45     Dünyadan reaksiya     125

“Mənim heç kimlə problemim yoxdur. Problemim olsaydı, bütün tədbirlərdə ən aktiv şəkildə iştirak etməzdik”.

Reaksiya.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan fevralın 16-da jurnalistlərlə söhbətində deyib.

Yerli media mənsubları ona “müxalifət daxilində fikir ayrılıqlarının olub-olmaması” və “digər müxalifət qüvvələri ilə problemlərinin olub-olmaması” ilə bağlı suallar ünvanlayıblar.

“Mən bir şey deyən kimi onlar dərhal “yox” cavabı verirlər. Təəssüf ki, Ermənistan boşboğazlar ölkəsinə çevrilib. Onları hərəkətlərinə və addımlarına görə mühakimə etmirlər, kim nə istəyir onu da edir”, - deyə Sərkisyan bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar