Ermənilər Rusiya səfirliyi önündə: Putini təhqir etdilər
17.02.2024 09:30 Dünyadan reaksiya 110
Rusiyanın İrəvandakı səfirliyi qarşısında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümü ilə bağlı kortəbii aksiya keçirilib.
Reaksiya.az xəbər verir ki, mitinq iştirakçıları Rusiya Prezidenti Vladimir Putin və təbliğatçı Marqarita Simonyanın ünvanına təhqirlər səsləndiriblər.
Qeyd edək ki, ötən gün Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı cəzaçəkmə müəssisəsində ölüb. Onun ölüm səbəbi araşdırılır.
Reaksiya.az
Şərhlər