Times: Şahzadə Harri Kral ailəsi üzvünün vəzifələrini yerinə yetirməyə hazırdır
17.02.2024 10:30 Dünyadan reaksiya 119
Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri atasının xərçəng xəstəliyindən müalicə alması səbəbindən müvəqqəti olaraq kral ailəsi üzvünün vəzifələrini yerinə yetirməyə hazırdır.
Reaksiya.az xəbər verir ki, bu barədə “Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Fevralın 5-də Kralın xəstəliyi elan edildikdən sonra Şahzadə Harri onunla bir neçə dəfə dostluq söhbətləri edib. Onlardan biri Londonda 75 yaşlı monarxın diaqnozu ilə bağlı bəyanatın dərcindən iki gün sonra baş verib.
Həmin görüş 30 dəqiqə davam edib, bundan sonra Şahzadə Harri həyat yoldaşı amerikalı Meqan Markl ilə birlikdə ABŞ-a qayıdıb.
Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral vəzifələrinə qayıtmazdan əvvəl yazılı plan hazırlanmalı, kral və onun ən yaxın köməkçiləri tərəfindən təsdiqlənməlidir. Nə şahzadə Harri və onun həyat yoldaşı, nə də Bukinqem sarayının nümayəndələri nəşrə münasibət bildirməyiblər.
Kralın hansı növ xərçəngə tutulduğu barədə məlumat verilmir, lakin Britaniya mediasına görə, söhbət prostat xərçəngindən getmir, onun böyüməsi səbəbindən kral yanvar ayında xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Bildirilib ki, prosedur zamanı narahatlığa daha bir səbəb müəyyən edilib və testlər monarxın xərçəng xəstəliyindən əziyyət çəkdiyini təsdiqləyib.
Bukinqem Sarayının daha əvvəl qeyd etdiyi kimi, həkimlər krala ambulator müalicə zamanı dövlət vəzifələrini yerinə yetirməkdən çəkinməyi tövsiyə etsələr də, o, dövlət işləri ilə məşğul olmaqda və sənədlərlə işləməkdə davam edir.
Şərhlər