Daşqınlar iki can aldı

24.08.2015 08:54     Dünyadan reaksiya     1924

Fransa yağan leysan yağışları nəticəsində yaranan güclü sel iki nəfərin ölümünə səbəb olub.

Reaksiya.az Reporta istinadən  xəbər verir ki, leysan yağışları Tuluz şəhəri yaxınlığından axan Lez çayının daşmasına səbəb olub.

Şəhərin bir çox küçələri su altında qalıb. Şəhərdəki tramvaylar fəaliyyətlərini dayandırıb.

Kəskin hava şəraiti Nim və Monpelye stansiyalarında qatarların hərəkətinin dayandırılmasına səbə olub. Ölkənin beş cənub departamentində leysan və daşqınla bağlı xəbərdarlıq yayılıb.

Şərhlər

Çox oxunanlar