Ərdoğan CHP-ni yenə sərt tənqid etdi

17.02.2024 19:30     Dünyadan reaksiya     112

Türkiyənin ən böyük bədbəxtliyi dəyişikliyə müqavimət göstərən bacarıqsız, tənbəl və mühafizəkar müxalifətə sahib olmasıdır.

Reaksiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə baş tutan mitinqdəki çıxışı zamanı deyib.

“Hər dəfə standartı aşağı salırlar. Həmişə belə olub. CHP-yə sədr gələn şəxs mütləq ondan əvvəlkinə şükür oxutdurub. Son sədr dəyişikliyində də bu ənənə pozulmadı”, - Ərdoğan bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar